Ev dekorlar

Ev dekorlar

Ev dekorlar seçməzdən əvvəl ilk olaraq daxili hazırlamaq lazımdır. Hazırlığa təmizliklə başlaya bilərsiniz. Bunun üçün siz ev səliqəsi üzrə dünyaca məşhur mütəxəssis Mari Kondonun məşhur metodundan istifadə edə bilərsiniz. Onun fəlsəfəsinin əsas prinsiplərindən biri belədir: “Sizi xoşbəxt etməyən şeylərdən qurtulun” . Yeri gəlmişkən qeyd edim ki, bu məsləhət ev dekorlar seçiminə aiddir. Yəni ki evin bəzədilməsi üçün istifadə edilən əşyalar sizin ürəyinizcə deyilsə interyerdədə istifadə eləməyə ehtiyac yoxdur .

İnteryerdə sizin üçün zəruri və xoş olan dekorlar  seçin. Dekor şərti olaraq funksional və estetika yönümlü ola bilər. Dekor təkcə evi işiqlandırmaq üçün deyil, həmdə məkanı təşkil etmək, ona vurğu əlavə etmək, ən əsası isə sizin özünüzü daha yaxşı hiss etməniz üçün istifadə edilir.

Məsələn, son mövsümlərin dəbi olan, məhşur eko – dekor sizin istirahətiniz üçün evdəki  atmosferi xoş etməyə kömək edir. Əgər diqqətinizin dağılmasını istəmirsinizsə, bitkiləri işlədiyiniz yerə yaxın yerləşdirin. Ümumiyyətlə dekoratların əksəriyyəti belə bir fikirdədir ki, interyerdə yaşıl dekorasiyaya nə qədər çox fikir verilərsə bir o qədər də yaxşı olar. Ancaq ev bitkilərinə qulluq etməkdə yaxşı deyilsinizsə, bunun əvəzində siz şəkillər asa və ya çiçəkli izlərlə tekstil qoya bilərsiniz.

Düzgün ev dekorlar seçimi üçün mütləq özünüzü dinləyin. Evdə hansı əhval-ruhiyyəni yaratmaq istədiyinizi fikirləşin. Daxili dekorasiya üçün dərhal qərar verməyin.

İlk öncə hal-hazirda nəyə ehtiyacınız var onu fikirləşib tapın. İnteryerinizdə sizə uyğun olmayan nədir? Ona fikir verin. Əgər divar sizə boş görünürsə divar dekorundan istifadə eləmək olar. Bu zaman hobbilərinizdən istifadə edib dəqiq seçim edə bilərsiniz. Rəsm əsərlərinə marağınız və sənət haqqında anlayışınız varsa məşhur rəsmlərin reproduksiyalarını axtarmaq və ya gənc rəssamların qalereyalarını gəzmək sizə faydalı ola bilər. – burada hansısa məşhurun şah əsərinə rast gələ bilərsiniz.

Ruhlandırıcı atmosfer yaratmaq üçün isə motivasiyalı mesajları və ya sevimli sitatları olan portretlərdən də istifadə eləmək olar. Bu İnteryeri fərdiləşdirəcək. Evdəki atmosferə unikal bir xarakter vermək üçün əl istehsalı dekorasiyada kömək edə bilər.

Tələsik qərarlar üçün özünüzə icazə verin

Ev dekorlar seçimi zamanı məsləhət verərkən ən çox tövsiyə olunan alacağınız şeyi əvvəlcədən planlaşdırmaqdır.Ancaq  bəzən qəfil,kortəbii verilən qərarlarda çox gözəl nəticə verə bilir. Məsələn vintage bazarında gəzdiyiniz zaman təsadüfən qarşılaşdığınız bir dekor İnteryeriniz üçün maraqlı bir detal ola bilər.

Detalları yadda saxla

Ev dekorlar dedikdə ağıla sadəcə vaza,  toxuculuğa aid nəsə və ya rəsmlər gəlməməlidir. İnteryeri daha maraqlı etmək üçün fitinqlərdən istifadə eləmək olar, və ya qapı və şkaf tutacaqları əlavə rəng qata bilər.

Köhnə mebelləri yeniləmək üçün bu sadə və orijinal bir yoldur.

Digər bir dizayn hiyləsi isə, interyerdəki kasa və qablardır. Onlardan bir neçə funksiya üçün istifadə eləmək olar. İlk olaraq onlardan tematik kompozisiya üçün istifadə eləmək olar. Bunun üçün onlara sadəcə olaraq çiçəklər, sevimli heykəlciklər və ya bitkilər qoymaq kifayətdir .

Başqa cür bu qablardan gündəlik kiçik əşyaların məsələn, hər zaman taxdığınız zərgərlik əşyaları saxlamaq üçün istifadə edə bilərsiniz.

Və təbii ki, onlardan müstəqil dekorativ element kimi də istifadə eləmək mümkündür.

Dəyişiklikdən qorxma

Mövsümi dekorasiyanı unutmaq olmaz. Evinizi çöldəki havaya uyğun dəyişə bilərsiniz. Məsələn, payızda saralmış yarpaqlarla interyeri bəzəmək olar. Əgər soyuq mövsümü sevmirsinizsə bu zaman təzadlardan istifadə edə bilərsiniz. Məsələn evə yayı xatırladacaq şirəli çalarlarda çiçəkli vaza və ya dekorasiya qoya bilərsiniz. Bu üsulla siz özünüzə uyğun dekorasiya yarada bilərsiniz.

Evdə görüş təyin etmək istəyirsiniz? Bu zaman ən doğru seçim şamlardır. Romantik əhval-ruhiyyə yaratmaq üçün onlardan istifadə doğru qərar olacaqdır. Şənlik dekorasiyanı üçün isə çələnglər, toplar və temalı fiqurlardan istifadə eləmək olar. Bu dekorasiyalar daim yenilənmə hissi yaradacaq.

Gözlə görünən dekorasiyalar yanaşı görmədiyimiz ətirlərdə interyerdə mühüm rol oynayır. Ətirlərdən evinizi xüsusi bir hadisə üçün hazırlayarkən  və ya  rahat bir atmosfer yaratmaq üçün istifadə eləyə bilərsiniz. Dəniz notları olan aromalarla interyeri özünəməxsus şəkildə bəzəmək olar.

Share this post

Leave a Reply

Your email address will not be published.